Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü bəyan edib ki, ABŞ oktyabrın 1-dən ölkəyə daxil olan əzaçılıq məhsullarına 100 faizlik rüsum tətbiq edəcək.
Banco.az xəbər verir ki, Tramp bu tədbirin ABŞ-da əczaçılıq istehsalı müəssisələri yaradan şirkətlərə şamil edilməyəcəyini deyib. O, həmçinin qeyd edib ki, azadolma artıq tikintisinə başlanmış layihələr, eləcə də təməlqoyma və ya tikilməkdə olan obyektləri əhatə edir.
“Buna görə də, əgər tikinti başlayıbsa, bu əczaçılıq məhsullarına heç bir rüsum tətbiq edilməyəcək”, - Tramp Truth Social-da yazıb.
Oktyabrın 1-dən ağır yük maşınlarına 25 faiz, digər məhsullara isə 50 faiz tarif elan ediləcək.