RU

"Qarabağ" azarkeşinin Çempionlar Liqası həsrəti: Biletləri "qara bazar" uddu

BAKI, 26 sentyabr. TELEQRAF

Ötən gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"lə oyununa satışa çıxarılan biletlərinin aşağı qiymət kateqoriyasında olanları sürətlə bitsə də, sadiq azarkeşlər narazılıq yaşadı.

Teleqraf xəbər verir ki, biletlərin böyük bir qisminin "qara bazar"a keçməsi nəticəsində futbolsevərlər indi ilkin qiymətindən 3-5 dəfə baha bilet axtarışındadır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu qarşılaşmaya marağın böyük olacağı gözlənilən idi.

“iTicket.az” saytında satışa çıxan biletlərin çoxusu bir neçə saat sonra satılaraq bitmişdi. Lakin bu sürətli satış prosesi heç də asan olmadı.

Sosial şəbəkələrdə minlərlə azarkeş satış sisteminin tez bir zamanda çökməsindən, veb-saytın işləməməsindən şikayət edirdi. Artıq axşam saatlarında isə vəziyyət daha da gərginləşdi: biletlər “qara bazar” kimi fəaliyyət göstərən müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə ilkin qiymətləri 5-30 manat əvəzinə 50-150 manat aralığında təklif olunmağa başladı.

Məsələ ilə bağlı klubun sosial şəbəkə hesablarında çoxsaylı etiraz şərhləri yazılıb.

Qeyd edək ki, "Qarabağ"-"Kopenhagen" oyunu oktyabrın 1-də keçiriləcək.

Избранный
25
9
teleqraf.com

10Источники