RU

Xalq artisti “Leyli və Məcnun” film operasının çəkilməsini təklif edib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Leyli və Məcnun” film-operasının çəkilməsi təklif olunub.

APA xəbər verir ki, bu təkliflə Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Xalq artisti forumda iştirak edən İSESCO-nun Bakıdakı Regional Ofisinin direktoru Abdulhakeem Alsenana müraciət edib.

“Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək? Bu həm də ərəblərin öz tarixidir. Mən sizi əmin edirəm, bu layihə gerçəkləşsə, bütün müsəlman dünyasına səs sala bilər. Sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə “Leyli və Məcnun”u film-opera kimi çəkmirik?" - deyə Xalq artisti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
10
apa.az

10Источники