Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli "Leyli və Məcnun" operası əsasında film çəkilməsini təklif edib.
“İki sahil” xəbər verir ki, o, bu təkliflə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda çıxış edib.
"Leyli və Məcnun" sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə film-opera kimi çəkmirik? Bununla bağlı bugünkü tədbirdə iştirak edən ICESCO-nun Bakıda Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənana müraciət edirəm. Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək? Bu həmdə ərəblərin öz tarixidir. Mən sizi əmin edirəm, bu, bütün müsəlman dünyasına səs sala bilər. Bu edilməlidir, bu vacibdir", - Xalq artisti əlavə edib.