RU

Xaləddin İbrahimlinin yeni kitabı nəşr olunub “Nazirlik maraqlansa, Azərbaycanda da nəşr edilə bilər...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Türkiyədə tanınmış azərbaycanlı professor Xaləddin İbrahimlinin yeni kitabı - “Psikolojide Ana Kuramlar” işıq üzü görüb.

O, “AzPolitika”ya açıqlamasında bildirib ki, XX əsrdə yaranan və inkişaf edən psixologiya elmi tam olaraq nəzəriyyələr üzərində qurulub. “Əslində, bütün elmlər nəzəriyyələr üzərində formalaşır. Ancaq psixologiya qədər çoxsaylı nəzəriyyələrin yarandığı başqa bir elmi sahə yoxdur. Nəzəriyyələr üzərinə yeni nəzəriyyələr yaranır və gələcəkdə yeniləri də meydana çıxacaq. Bu, təbii bir prosesdir, çünki “insan” adlanan qara qutunun hələ yüzdə biri belə tam öyrənilməyib”, - o əlavə edib.

Professor bildirir: “Kaş ki, bizim universitetlərdə də bu kitab dərs proqramlarına daxil edilsəydi. Çünki nəzəriyyələri öyrənmədən psixologiyanı mənimsəmək demək olar ki, mümkün deyil. Bu dərs verilmədən psixologiyada necə kadr hazırlanır, onu da anlamaq çətindir. Təəssüf ki, Türkiyədə də indiyə qədər psixologiyada “Ana Kuramlar” adlı dərs kitabı yazılmayıb və universitetlər əsasən tərcümələrdən istifadə edirdi”.

Xaləddin İbrahimlinin sözlərinə görə, kitabın Azərbaycan dili versiyası mövcuddur və əslində orijinal Azərbaycan dilində hazırlanıb. “Elm və Təhsil Nazirliyi maraqlansa, vətəndə də məmnuniyyətlə nəşr edilə bilər”, - o qeyd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
azpolitika.info

1Источники