UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına 27 min 500 bilet satılıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.