RU

Təyyarədə sərnişini lentlə oturacağa bağlayıblar

Təyyarədə

“American Airlines”ə məxsus olan və Dominikan Respublikasından Las-Veqasa uçan təyyarədə böyük qalmaqal yaranıb. Buna səbəb iki uşaq anası Kelli Dilonenin kabin heyətinə hücumudur.

Reyting.az
xəbər verir ki, nəzarətdən çıxaraq çılğınlıq edən Kelli Dilonen uçuş bələdçilərinin və sərnişinlərin köməyi ilə yapışqan lentlə oturacağa bərkidilib.

“Airbus A320” təyyarəsi ilə uçan şahidlərin sözlərinə görə, Dilone koridordan aşağı enərək qışqırmağa başlayıb. O, dəfələrlə “Mən içki istəyirəm”,- deyə qışqırıb, sonra isə kabin heyətini təhqir edib.

Sərnişinin kabin xidmətçisini təpiklə vuraraq yerə yıxması gərginliyi daha da artıb. Bundan sonra ekipaj qadını zorla oturacağa oturdub, onun hər iki əlini və ayaqlarını yapışqan lentlə bağlayıb. Bəzi sərnişinlər könüllü olaraq onun yanında əyləşərək yerə enənə qədər onu təhlükəsiz saxlamağa çalışıblar.

Təyyarə Las Veqas hava limanına enən zaman polis təyyarəyə daxil olaraq qadını nəzarətə götürüb.

ABŞ-nın Nevada prokurorluğuna görə, sərnişin “uçuş heyətinə müdaxilə” və “hücum” maddələri ilə ittiham olunacaq. Təqsiri sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmənin hazırlıq iclası oktyabrın 1-nə təyin edilib.

V. QULİYEV
Избранный
10
1
reyting.az

2Источники