Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Bildiyiniz kimi 24 sentyabr tarixindən başlanan III Beynəlxalq Statistika Forumu bu gün artıq öz işini başa çatdırır. Forumda nəzərdə tutulmuş gündəm üzrə bütün məsələlər müzakirə olundu". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov deyib.
Onun sözlərinə görə, forum zamanı təqdimatlar, müzakirələr, çıxışlar faydalı oldu: "Bu forum bizə gündəlikdə qarşıda duran məsələlər üzrə, o cümlədən dayanıqlı inkişaf məqsədləri, statistikada innovasiyalar, həyata keçirilmiş islahatlarla bağlı, ölkə təcrübələrinin bölüşülməsi baxımından çox faydalı oldu. Bizdə materialları əldə etmişik, digər ölkələrdən olan təcrübələrlə tanış olacayıq. Eləcə də beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin Avropa İqtisadi Kommisiyasının statistika şöbəsinin direktoru və Dünya Bankının beynəlxalq müqayisələr proqramının rəhbəri iştirak edirdi. Onlar tərəfindən də hazırlanmış materiallarda bizlərə təklif olundu. Netroloji materiallar və həmin matreallardan istifadə statistikanın daha da inkişaf etdirilməsi zamanı istifadə olunacaq".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.