RU

Rəsmi Varşava polşalıları dərhal Belarusdan çıxmağa çağırdı

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Belarusa hər cür səfərdən çəkinməyi tövsiyə edib.

Modern.az xəbər verir ki, bu barədə Polşa hökumətinin bəyanatında deyilir.

Polşanın Minskdəki səfirliyi bəyan edib ki, vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbsləri səbəbindən Belarusa səfər məsləhət görülmür.

Bildirilib ki, təhlükəsizliyin kəskin şəkildə pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.

Polşa Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır.

Избранный
15
8
modern.az

10Источники