ABŞ Dövlət Departamenti 1.23 milyard dollar dəyərindəki AIM-120D-3 AMRAAM raketlərinin Almaniyaya satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 400 ədəd “hava-hava” tipli AIM-120D-3 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
Qeyd edilib ki, bu satış Almaniyaya məxsus F-35 qırıcılarının “hava-hava” imkanlarını artıraraq hazırkı və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini yaxşılaşdıracaq, həmçinin Almaniya və ümumi NATO planlaşdırma, təlim və əməliyyat tələblərini dəstəkləyəcək.