RU

FİFA dünya çempionatının talismanlarını təqdim etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı ildə tarixdə ilk dəfə üç ölkənin ev sahibliyi və 48 milli komandanın iştirakı ilə keçiriləcək dünya çempionatının maskotlarını açıqlayıb.

Sportal.az xəbər verir ki, Kanadanın simvolu olan sığır Meypl adlanır.

Yaquar Zayu Meksikanı təmsil edəcək. ABŞ-nin talismanı isə Klatç adlı ağbaşlı qartal seçilib.

Xatırladaq ki, mundialın final mərhələsində yığmalar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünəcəklər.

İlk iki yerin sahibləri, həmçinin ən yaxşı 3-cü olacaq 8 milli pley-offa vəsiqə qazanacaq.

İyunun 11-də başlanacaq dördilliyin zirvə yarışı iyulun 19-da yekunlaşacaq.

saytlarin hazirlanmasi

Избранный
13
sportal.az

1Источники