ABŞ Prezidenti Donald Trampın Ukraynanın qalib gəlməsini istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski bildirib.
"Tramp Ukraynanın qalib gəlməsini istəyir", - o qeyd edib.
Sentyabrın 23-də Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb, bundan sonra o, Rusiyanı sərt tənqid edib və Kiyevi “hərəkət etməyə” çağırıb.
Onun sözlərinə görə, Aİ-nin dəstəyi ilə Ukrayna "bütün ilkin ərazisini geri ala biləcək". Tramp bunu “hərbi və iqtisadi vəziyyəti öyrəndikdən və başa düşdükdən” sonra anladığını bildirib.