RU

Azadlıq üçün əllərindən və həyatından olan Çe Gevara

Bu gün Azərbaycanda Kuba inqilabının qəhrəman rəhbərlərindən biri, ölkənin iqtisadiyyat naziri Ernesto Çe Gevara barədə ziddiyyətli fikirlər var. Bəziləri onu qəhrəman, bəziləri isə qəddar bir şəxs adlandırırlar.
Çoxları hesab edir ki, Çe haqqında hər şeyi bilir, amma əslində onun həyatından bəzi faktlar o qədər də yayımlanmayıb ki, fikirlər arasında ziddiyyətlər hələ də qalmaqdadır.
Çe Qevara onun ləqəbidir. Onun əsl adı isə Ernesto Rafael Gevara de la Sernadır. Çe Qevera özünün Kubadakı fəaliyyəti ilə məşhurluq qazanıb, amma bununla yanaşı o, heç zaman kubalı olmayıb. Çe Argentinada, zəngin ailədə dünyaya göz açıb. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir.
2000-ci ildə "Taym" jurnalı Çe Gevaranı "20 qəhraman və ikona" siyahısına, eyni zamanda, "XX əsrin ən önəmli 100 şəxsi" siyahısına daxil etmişdir.
Ömrünü diktaturaya qarşı mübarizəyə sərf edəb Çe Sovetləri heç bir zaman sevməmiş və dəfələrlə o rejimi tənqid edib. Dünyanın bir çox ölkələrində azadlıq mübarizələrinə dəstək verən Çe Boliviyada kəndilərə kömək üçün getmiş və onların azad olması uğrunda mübarizəyə dəstək vermək istəyirdi. Elə onlara köməyə gəlib onları zülmdən çıxarmaq istəyən Çe-ni kəndlilərin özləri satıblar hökumətə.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi eşidir ki, Çe burdadır və Boliviyaya öz agentlərini və xüsusi təyinatlılarını göndərir. Çenin nəcib məqsədlər naminə başladığı mübarizə xəbəri kəndlilər arasında yayılır. Bir kəndli Çenin partizan dəstəsinin gizləndiyi yeri hökumətə xəbər verir, 1967-ci il oktyabrın 8-də böyük hərbi qüvvə Çenin kiçik dəstəsini mühasirəyə alır, döyüşdə Çeni əsir götürür. Boliviya prezidenti onun qətlinə fərman verir, Çeyə doqquz güllə vurub həqiqətən Çe Gevaranı öldürdüklərinin sübut etmək üçün onun iki əlini kəsib götürürlər.
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Feliks Rodriges bu haqda Latviya radiosuna danışıb. Onun sözlərinə görə, Çe Qevara güllələnəndən sonra onun öldüyünü sübut etmək üçün başını kəsib Fidel Kastroya göndərmək istəyiblər. Lakin sonradan qərar dəyişib. Çe Qevaranın dəfn edildiyi yer son dövrlərə qədər naməlum saxlanılırdı, yalnız 1997-ci ildə onun qalıqları Vallegrande aerodromu yaxınlığında tapılmışdı...
Xalqın azadlığı uğrunda mübarizə aparanların əksəriyyətinin taleyi bax bu cürə olur. Səni xilas etdiyin şəxsin özləri satacaqlar. Bu gün Azərbaycanı tərk edən ziyalıların çoxu məhz belə hallara dözə bilmədi, doğma yurdlarını tərk etdi. Bu gün bu üzdən xeyli zialılarımız Rusiyada və başqa ölkələrdə yaşayırlar. Bu fakt bir daha sübut edir ki, xalq uğrunda mübarizə aparan hər kəsi elə xalq özü pula satacaq. El üçün ağlamağa dəyməz. O el ki, bir anda öz millətindən olanları linç etməyə hazırdır. Nə qədər ki, əksər kütlə olanlar Skandinaviya, Almaniya, Yaponiya xalqlarının səviyyəsinə çatacaq, onda öz xeyri ilə şərini ayırd etməyi hissiyyatla deyil, şüurla öyrənəcəklər.
Zaur Əliyev, tarixçi
Избранный
13
news365.az

1Источники