RU

Almaniya Azərbaycandan neft idxalını 36% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 445 milyon 304 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi isə 841 min 915 ton təşkil edib.

Almaniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 8 ayına nisbətdə 38 milyon 964 min dollar və ya 9,6%, miqdarı isə 223 min 529 ton və ya 36,1% artıb.

Qeyd edək ki, yanvar-avqust aylarında İtaliya (9,2 milyon ton) Azərbaycanın əsas neft idxalçısı olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
10
1
banco.az

10Источники