RU

Tariximizdə əbədi qalacaq Zəfər

“Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. 27 sentyabr şanlı Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başladığı günü simvolizə edir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00-da başlayan müharibə uzun çəkmədi – cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəldi.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev ifadə edib.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edib:

"Ölkəmizin işğala məruz qalan tərəf olmasına baxmayaraq, təxminən otuz il ərzində Minsk qrupunun xətti ilə aparılan danışıqlarda fəal şəkildə iştirak etməsi və bir qayda olaraq konstruktiv mövqe ortaya qoyması bunun əyani təsdiqidir. Ancaq işğalçı Ermənistanın davranışları müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. “Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “DQR”ə aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Həmçinin həmin ərəfədə başqa belə təxribatlara da şahidlik etdik".

Samir Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə daha genişmiqyaslı təxribat törətdiklərini xatırladıb.

Deputat bildirib ki, həmin tarixdə Ermənistanın silahlı birləşmələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub:

"Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həyatını itirən və yaralananlar olub. Eləcə də mülki infrastruktur obyektlərinə, evlərə ciddi ziyan dəyib. “Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”.

Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan tərəfindən müharibənin başlaması üçün ən uyğun vaxt seçilib:

"Bunadək keçilən yolu xatırladan Samir Vəliyev deyib ki, 30 il ərzində Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb, dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində ərazilərimizin və suverenliyimizin təmin olunması məsələsi ölkənin gündəliyinin mərkəzində saxlanılıb. Bu illər ərzində iqtisadiyyatımız gücləndirilib və bu əsasda yüksək döyüş qabiliyyətinə malik müasir ordu formalaşdırılıb. Eyni zamanda, cəmiyyətimiz səfərbər olunmuşdu. Azərbaycan xalqı vətənpərvər, qəlbən torpağına bağlı olan xalqdır. “Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar".

Samir Vəliyev qürur hissi ilə xatırladıb ki, Azərbaycan xalqı Vətən müharibəsinin elə ilk günündən başlayaraq cəbhədən gələn qələbə müjdələrinə sevinib:

"Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qalıb və döyüş qabiliyyətini tamam itirib. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. “Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük müharibənin baaşa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli bəyanat qəbul edildikdən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu”.

Deputat bildirib ki, bu Zəfər son 200 illik tariximizin ən parlaq səhifəsini təşkil edir:

"Son iki yüzillikdə xalqımız bir sıra istilalara məruz qalıb, torpaqlarımızı itirmişik, sərhədlərimiz daralıb. 44 günlük müharibədə isə biz ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmadıq, əksinə ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə zəbt etilmiş ərazilərimizi geri qaytarmağa nail olduq. Bu qələbə ilə həm də sonrakı zəfərlərimizin təməli qoyuldu, biz bir dövlət və xalq olaraq suverenliyimizin tam bərpası uğrunda çarpışmalara başladıq. Həmin unudulmaz, qürurverici anları da yenə də sentyabr ayında yaşadıq. 2023-cü il sentyabrın 19-20-də baş tutan uğurlu lokal xarakterli əməliyyatın nəticələrinə uyğun olaraq Qarabağda separatizmə birdəfəlik son qoyuldu, ölkəmizin bütün ərazisində tam suverenliyimiz təmin olundu".

Избранный
8
5
axar.az

7Источники