Sumqayıtda nəqliyyat şəbəkəsi genişlənir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni 9 A nömrəli marşrut xətti fəaliyyətə başlayıb.
Məlumata görə, 9 və 9 A nömrəli marşrut xətləri Sumqayıt-Ceyranbatan-Saray istiqamətində sərnişin daşımalarını həyata keçirəcək.
Bu addım bölgədə nəqliyyat imkanlarının yaxşılaşdırılması və sərnişinlərin rahatlığının artırılması məqsədi daşıyır.