RU

“Buradan keçməyin 2 variantı var...” Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Paytaxtın Xətai rayonu Babək prospektində çəkilmiş piyada keçidi müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda yazıçı-jurnalist Tural Cəfərov foto paylaşıb.

O, piyada keçidinin körpünün divarına doğru çəkilməsinə diqqət çəkib və buranın piyadalar üçün təhlükəli ola biləcəyini vurğulayıb. 

Yolun əks tərəfindəki yaşıllığın sürücülərin piyadaları görməsinə çətinlik yarada biləcəyini də əlavə edən T.Cəfərov problemə ironiya ilə yanaşıb: “İki variant var, ya iplə körpüyə dırmaşacaqsan, ya da ağacların arası ilə gedib körpünün altına gedəcəksən. Ora dönən maşınlar isə əlbəttə ki, səni görməyəcək. Elə sən də onları...”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, keçidin təşkilində hər hansı bir qüsur yoxdur: “Piyadalar zolaqdan istifadə edərək yollarını piyada səkisi ilə davam etdirə bilərlər. Bunun üçün mövcud şərait var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
qafqazinfo.az

2Источники