RU

“Meqa Sığorta” enişdə – Yığımlarda azalma 1,6 milyona çatdı

“Meqa Sığorta”nın yığımlarında ilin əvvəlindən etibarən azalma davam edir.

Tribunainfo.az Valyuta.az-a istinadən xəbər verir ki, bu ilin ilk səkkiz ayında sığorta şirkətinin yığımları 1,6 milyon manat azalıb. Belə ki, sözügedən dövrdə şirkət 22,88 milyon manat sığorta haqqı toplayıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 6,5% azdır. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında “Meqa Sığorta” 24,49 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Sığorta şirkəti səkkiz ayda 10,5 milyon manat ödəniş həyata keçirib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 21% çoxdur. 2024-cü ilin yanvar-avqust aylarında “Meqa Sığorta” 8,69 milyon manat sığorta ödənişini həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-avqust aylarında topladığı hər 100 manatdan  35 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 46 manata yüksəlib.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Избранный
9
2
tribunainfo.az

4Источники