RU

DASAL-ın avtonom dron sürü sistemi xidmət üçün hazırdır

“DASAL Hava Teknolojileri” şirkətinin mikro və yüngül sinif pilotsuz uçuş aparatlarının (PUA) sürü əməliyyatlarında istifadə olunmasına imkan verən avtonom dron sürü sistemi, inkişaf işlərindən sonra uğurlu uçuş testləri ilə istifadəyə hazır vəziyyətə gətirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “DASAL Hava Teknolojileri” şirkəti tərəfindən inkişaf etdirilən bu sistem, süni intellektə əsaslanan kollektiv uçuş qabiliyyəti, modul dizaynı və inkişaf etmiş tapşırıq paylaşımı xüsusiyyətləri ilə hava əməliyyatlarında yeni nəsil yanaşma təqdim edir.

Sözügedən sistem bir neçə PUA-nın birgə fəaliyyətini təmin edən sürü yanaşması əsasında hazırlanıb. Avtonom dron sürü sisteminin mikro və yüngül sinif PUA-lara inteqrasiyası tamamlanıb və uçuş testləri həyata keçirilib. Platformadan asılı olmayaraq inkişaf etdirilən bu texnologiya, fərqli tip və sinifdəki aviasiya vasitələrinə sürü qabiliyyəti qazandırmağa imkan verir.

Sistemdə komanda və idarəetmə qabiliyyəti, tapşırığın başlanğıcı və idarə olunması yerüstü idarəetmə stansiyasından həyata keçirilir. Çevik kommunikasiya arxitekturası və şəbəkə əsaslı rabitə protokolu sayəsində tapşırıq parametrləri sürüyə avtonom olaraq paylanır və davamlı məlumat paylaşımı təmin olunur. Avtonomiya və süni intellekt inteqrasiyası ilə sürüdəki hər bir vasitə ətraf mühit faktorlarına uyğun olaraq marşrut və tapşırığını optimallaşdıra bilir. Nasazlıq və ya itki vəziyyətində isə verilən tapşırıqlar avtomatik olaraq digər dronlara ötürülür.

Uçuş və formasiya qabiliyyəti çərçivəsində koordinasiyalı qalxış və eniş ssenariləri dəstəklənir. “V” formasiya ilə koordinasiyalı hücum, xətt formasiya ilə geniş ərazi skanı, kvadrat formasiya ilə kritik elementlərin qorunması və dairəvi formasiya ilə 360 dərəcə çox yönlü hücum ssenariləri real vaxtda tətbiq edilə bilir. Bundan əlavə, sistem tapşırıq ehtiyaclarına görə altsürü bölmələrinə ayrıla, kəşfiyyat/müşahidə və hücum/kilidlənmə qrupları avtonom şəkildə tapşırıq yerinə yetirə bilir.

Sensor və faydalı yük inteqrasiyası çərçivəsində elektro-optik/infraqırmızı sensorlarla hədəf aşkarlanması və izlənməsi həyata keçirilir. Çoxlu hədəf aşkarlanması zamanı tapşırıqlar paylaşılaraq eyni anda kilidlənmə icra olunur. Radar, elektro-optik/infraqırmızı kəşfiyyat sistemləri və elektron müharibə vasitələri ilə inteqrasiya qabiliyyəti sistemin müştərək hava müdafiə tapşırıqlarında da istifadəsinə imkan verir.

Hədəfə yaxınlaşma və kilidlənmə mərhələsində dronların şəbəkə rabitəsi üzərindən marşrut məlumatlarını sinxronizasiya edilir, toqquşmanın qarşısını alma alqoritmləri ilə terminal dalış manevrlərini təhlükəsiz şəkildə həyata keçirilir və hücum, dəstək, müşahidə rollarında dinamik tapşırıq paylaşımı təmin olunur.

Sistem modul quruluşu sayəsində kiçik sürülərdən yüzlərlə vasitəyə qədər genişlənə bilir. Onun açıq arxitekturası fərqli PUA tiplərinin eyni sürüdə tapşırıq icra etməsinə, ünsiyyət itkisində və ya elektron müharibə şəraitində sürünün özünü yenidən təşkil etməsinə imkan verir.

Bu qabiliyyətlər sayəsində avtonom dron sürü sistemi, müdafiə sahəsində koordinasiyalı hücum, kəşfiyyat və logistika tapşırıqlarında, təhlükəsizlik sahəsində sərhəd nəzarəti və kritik infrastrukturların qorunmasında, mülki tətbiqlərdə isə fəlakətin idarə edilməsində, axtarış-xilasetmə və geniş ərazi skanlamasında effektiv həll təqdim edir.

Şirkətin sürü dron çalışmaları yalnız laboratoriya və simulyasiya şəraitində deyil, sahədə aparılan real uçuşlarla da təsdiqlənib. Əməliyyat səviyyəsində həyata keçirilən bu testlər, sistemin tapşırıq icrasına uyğunluğunu birbaşa sahədə göstərib.

Test mühitində çoxlu sürü formasiya ssenariləri sınanıb, habelə sürü şəklində hədəfə hücum dalış testləri uğurla tətbiq edilib. Sistem əməliyyat mühitinə yaxın şəraitdə inteqrasiya edilərək test olunub və funksionallığı təsdiqlənib.

Növbəti mərhələdə, sürü zəka texnologiyasının DASAL məhsul portfelindəki bütün PUA platformalarına tətbiqi və fərqli tapşırıq konseptləri üçün ölçüləndirilməsi planlaşdırılır. Sistem artıq sifariş verildiyi halda əməliyyat istifadəsinə hazır vəziyyətə çatıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

02.06

02.06

Избранный
9
poliqon.az

1Источники