RU

İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu (FOTO)

Bakı. Trend:

Bakı yalnız müasir binaları ilə deyil, həm də əsrlərin izinidaşıyan İçərişəhəri ilə öz ruhunu yaşadır. Bu unikal mədəniyyətməkanını qorumaq və gələcək nəsillərə daha müasir formada təqdimetmək məqsədilə Yelo Bank yeni təşəbbüsə imza atıb.

Yelo Bank və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiarasında bağlanan memorandum milli mədəni irsin təbliği, turizmimkanlarının artırılması və İdarənin rəqəmsal transformasiyasınıhədəfləyir. Sənəd Qoruq İdarəsinin İdarə Heyətinin sədri RüfətMahmud və Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov tərəfindənimzalanıb.

Əməkdaşlıq çərçivəsində qoruqların idarə olunmasında rəqəmsalinformasiya-kommunikasiya sisteminin yaradılması, elmi-texnikinailiyyətlərin tətbiqi, beynəlxalq təcrübənin nəzərə alınması,əhali ilə açıq kommunikasiya və ictimai informasiyanın mobil tətbiqvasitəsilə yenilənməsi nəzərdə tutur. Həmçinin bu sahədə qarşılıqlıəməkdaşlıq və birgə layihələrin icrası da əsas hədəflərdənbiridir.

Beləliklə, həm yerli sakinlər, həm də xarici qonaqlar qədimBakının ruhunu daha rahat kəşf edəcək, milli irsimiz isə müasirtexnologiyalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq.

Bank xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? Ozaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
İçərişəhər
Избранный
21
13
az.trend.az

10Источники