RU

İsrailin Eurovision-da iştirakı ilə bağlı qərar səsvermə yolu ilə veriləcək

Ajans.az xəbər verir ki,bu barədə Böyük Britaniyanın nüfuzlu The Guardian qəzeti məlumat yayıb. EBU prezidenti Delfina Ernotte Cunci tərəfindən yayımçılara göndərilən rəsmi məktubda bildirilir ki, İsrailin yarışmada iştirakı ilə bağlı üzv təşkilatlar arasında “görünməmiş fikir ayrılığı” müşahidə olunur. Qurum hesab edir ki, bu məsələ sadəcə təşkilati qərarla deyil, “daha geniş və demokratik çərçivədə” həll olunmalıdır. Noyabr ayında keçiriləcəyi planlaşdırılan səsvermədə EBU-ya üzv yayım şirkətləri iştirak edəcək. Səsvermənin nəticəsi İsrailin milli yayımçısı Kan-ın Eurovision 2026-da iştirak edib-etməməsinə birbaşa təsir göstərə bilər. Qeyd edək ki, İsrailin Eurovision müsabiqəsində iştirakı son illərdə müxtəlif səbəblərlə – o cümlədən siyasi gərginliklər və ictimai narazılıqlar fonunda – mübahisə predmetinə çevrilib. Bu il İsrailin Malmö şəhərində keçirilmiş Eurovision 2024 müsabiqəsində iştirakı zamanı da etiraz aksiyaları qeydə alınmışdı. EBU hazırda üzv qurumlarla aktiv müzakirələr apardığını və qarşıdan gələn səsvermənin nəticələrinin təşkilatın qərarlarına yön verəcəyini bildirib.

 

Избранный
17
Ajans.az

1Источники