RU

SOCAR milyonlarla pulu ayırdı, klublar ala bilmədi - ŞOK SƏBƏB bu imiş!

Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların onlara ayrılan yardım paketini hələ də almamasının əsas səbəbi üzə çıxıb.

Saytımız bu barədə mötəbər mənbələrdən son dərəcə maraqlı məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, dotasiyanın günlərdir ünvanına çatmaması birbaşa Futbolun İnkişaf Fondu (FİF) ilə əlaqədardır.

FİFA İctimai Birlikdir. Qanunvericiliyə əsasən, ictimai birliklər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınır.

Bu tip təşkilatlar 2 il fəaliyyət göstərmək hüququna malikdir. Həmin müddət bitəndən sonra birliklər növbəti dəfə qeydiyyata alınmaq üçün nazirliyə müraciət etməlidir.

AFFA-nın nəzdində fəaliyyət göstərən FİF-in qeydiyyat müddəti bir müddət əvvəl başa çatıb. FİF SOCAR tərəfindən ayrılan yardım paketinin klublara tranşı üçün vasitəçi qurumdur.

Tural Piriyevin icraçı direktoru olduğu təşkilat ötən illərdəki kimi, yenə Ədliyyə Nazirliyinə məktub göndərib. Nazirlik isə FİF-in səlahiyyət sürəcinin başa çatmasını əsas gətirərək, haqlı olaraq qrant layihəsinin icrasını ertələməkdədir.

Klublar həftələrdir gözünü dikdiyi vəsaiti nə vaxt alacaq? Bu, AFFA-nın FİF-ə xeyir-duasından, ikincilərin də öz növbəsində daxili toplantı keçirib, qəbul etdikləri nizamnaməni Ədliyyə Nazirliyinə göndərmələrindən asılıdır.

Bundan sonra dövlət orqanı yenidən hüquqi proseduru incələməli və qərar verməlidir - FİF-in səlahiyyəti müddəti artırılsın, ya yox.

Qeyd olunan prosesin yekunlaşması bir neçə gün də çəkə bilər, bir neçə həftə də.

SOCAR öz üzərinə götürdüyü işi görüb - yeni mövsümün ilk maliyyə partiyası artıq qurumun hesabına köçürülüb. Qrant bir neçə gün öncə FİF-in ixtiyarındadır.

AFFA 2022-ci ildən bəri klublara aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.

Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.

Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.

SPORTİNFO.AZ

Избранный
12
sportinfo.az

1Источники