RU

"SOCAR Türkiye" və "Türk Prysmian Kablo" enerji və dayanıqlı inkişaf üzrə əməkdaşlığı müzakirə edib

Finss.az - “SOCAR Türkiye” və “Türk Prysmian Kablo” dayanıqlı inkişaf və enerji sektorunda yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Finss.az-ın şirkətə istinadən verdiyi məlumata görə, müzakirələr “SOCAR Türkiye” rəhbərliyinin Mudanyada yerləşən “Türk Prysmian Kablo” istehsalat kompleksinə səfəri çərçivəsində aparılıb.

Səfərdə SOCAR Türkiyənin baş direktoru Elçin İbadov, strategiya və dayanıqlı inkişaf üzrə direktor Ömür Önk, eləcə də korporativ strategiya və inkişaf qrupu direktoru Erdem Ülner iştirak ediblər. Nümayəndə heyəti müəssisənin istehsalat imkanları ilə tanış olub və şirkətin fəaliyyəti barədə geniş məlumat əldə edib.

Məlumatda bildirilir ki, tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, dayanıqlı inkişaf sahəsində strateji təşəbbüslər, habelə enerji bazarında yeni imkanlar müzakirə olunub. Şirkətin açıqlamasına görə, bu strateji təmas “Türk Prysmian Kablo”nun qlobal enerji şəbəkələrinə inteqrasiyasının gücləndirilməsi və dayanıqlı inkişaf sahəsində hədəflərinə çatması baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Mədətov
Finss.az

Избранный
18
fins.az

1Источники