RU

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO

Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak edib.

Əvvəlcə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayıb.

Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının keçdiyi şərəfli döyüş yolundan danışıb.

Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.

DİN-də DİN-də
Избранный
19
13
apa.az

10Источники