RU

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Atəşgah məbədini ziyarət etdi

BAKI, 26 sentyabr. TELEQRAF

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Atəşgah məbədini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, diplomat Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə səfərinə məhz "Odlar Yurdu"nun rəmzi sayılan bu məkandan başlayıb.

"Tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda o, Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi. Xoş gəlmisiniz, xanım Karlon",- məlumatda deyilir.

Избранный
34
2
teleqraf.com

4Источники