RU

Metro əməkdaşlarının maaş artımı ödənmir – Yanvardan bu günədək...

Metropoliten əməkdaşlarının maaş artımı yanvar ayından indiyə kimi ödənilmir.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-də çalışan əməkdaş müraciət ünvanlayıb.

"Artıq il başa çatır, amma bizim almalı olduğumuz artımları vermirlər. Səbəb kimi isə deyirlər ki, ümumi nəqliyyat sistemində heç yerdə maaş artımı ödənilmir. Əgər həqiqətən belədirsə belə o zaman niyə ödənilmir, səbəbi nədir? Bu barədə heç nə deyən yoxdur", - deyə şikayətdə vurğulanır.

"Bakı Metropoliteni" QSC-dən sayta bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

"Bildiririk ki, Sərəncamın icrasından irəli gələrək "Bakı Metropoliteni" QSC tərəfindən cari ilin yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirilərək minimum əməkhaqqında edilən dəyişiklik qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin əməkhaqqına tətbiq olunub.

Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. Hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır. Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.

Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk", - deyə məlumatda vurğulanır.

Избранный
9
6
hurriyyet.az

7Источники