RU

ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Atəşgah məbədini ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo Atəşgah məbədini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, E.Karlo Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə ilkin olaraq "Odlar Yurdu"nun ruhunu əks etdirən Atəşgah məbədini seçib.

"O, tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi", - deyə qeyd olunub.

E.Karlo Atəşgahdan videomüraciətində vurğulayıb ki, 20 ildən çoxdur ölkəsinə diplomat kimi xidmət edir:

"Buraya gəldiyimdən bəri Azərbaycan xalqının mənə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərliyi çox yüksək qymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam".

Избранный
42
3
bakivaxti.az

6Источники