RU

Hakerlər ABŞ hökumətinə hücüm etdilər

Ajans.az xəbər verir ki,bu barədə Bloomberg, ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) istinadən məlumat yayıb. Məlumata görə, CISA federal agentliklərə Cisco firewall-larında mümkün zəiflikləri təcili şəkildə araşdırmaq və pozuntuları aradan qaldırmaq barədə təcili direktiv göndərib. CISA-nın sözçüsü Kris Butera hücumun genişmiqyaslı olduğunu bildirərək, digər dövlət qurumlarını və özəl sektoru da eyni tədbirləri görməyə çağırıb. Hansı qurumların pozuntudan təsirləndiyi və hücumun konkret şiddəti açıqlanmayıb. Lakin agentlik kibertəhlükənin ciddi səviyyədə olduğunu vurğulayıb və hücumların ölkənin kritik infrastrukturuna təsir göstərdiyinə inanır. Cisco şirkətindən verilən açıqlamada, 2024-cü ildə "ArcaneDoor" adı ilə tanınan və dövlət strukturlarını hədəf alan kiberkampaniyanı həyata keçirən eyni haker qrupunun bu hücumun arxasında olması ehtimalının yüksək olduğu bildirilib. CISA və Cisco məsələ ilə bağlı araşdırmaları davam etdirir.

 

Избранный
19
Ajans.az

1Источники