"Sakaryaspor" rəhbərliyi Caner Erkin və Burak Altıparmak haqqında qərar verib.
Offsideplus.az xəbər verir ki, hər iki futbolçu komandadan uzaqlaşdırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, dünən keçirilən "Pendikspor" - "Sakaryaspor" oyununda (4:1) Caner və Burak mübahisə yaşanmış, daha sonra Caner komanda yoldaşının şillə ilə vurduğu üçün meydandan qovulmuşdu.