RU

Bankomatda pul göndərmək üçün kömək istəyən təqaüdçülərin pulunu ələ keçirdi - SAXLANILDI

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.

Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
11
7
fed.az

8Источники