“Meqa Sığorta”nın yığımlarında ilin əvvəlindən etibarən azalma davam edir.
Sığorta şirkəti səkkiz ayda 10,5 milyon manat ödəniş həyata keçirib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 21% çoxdur. 2024-cü ilin yanvar-avqust aylarında “Meqa Sığorta” 8,69 milyon manat sığorta ödənişini həyata keçirmişdi.
Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-avqust aylarında topladığı hər 100 manatdan 35 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 46 manata yüksəlib.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.