RU

Hərbi Prokurorluqda Hərbi İnstitutun kursantları ilə görüş KEÇİRİLDİ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 26-da Anım Günü ilə əlaqədar Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə Hərbi Prokurorluqda həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.Hərbi Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.Ardınca Hərbi Prokurorluq nəzdində fəaliyyət göstərən "Soyqırımı" memorial muzeyi ziyarət edilib.Tədbirdən öncə mərasim iştirakçıları Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirələrini birdəqiqəlik sükutla anıblar.Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımız hərtərəfli inkişaf edir.Hərbi prokuror vurğulayıb ki, qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokuror bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.Çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən bəhs ediblər.Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək olan kursantlara hədiyyələr təqdim edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
7
bizim.media

8Источники