ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında VI tura start verilib.
Axar.az xəbər verir ki, açılış oyununda “Zirə" "İmişli"nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşdə qalib müəyyənləşməyib – 1:1.
Bu nəticədən sonra “qartallar" 12 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 8 xalla 5-ci yerdədir.
Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da "Azərsun Arena"da start götürəcək.
Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.