RU

Rusiyaya qarşı planda Türkiyə izi: Sərhəd pozuldu, təyyarə göndərildi Nə baş verir?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya PUA-larının Avropa ölkələrinin hava məkanını pozması NATO ilə gərginliyin artmasına səbəb olub. Ötən gün Alyansa məxsus “Saab 340B ISR” kəşfiyyat təyyarəsinin Rusiya sərhədinə yaxın ərazidə uçuş keçirməsi isə Moskvaya cavab xəbərdarlığı kimi qiymətləndirilib.

Türkiyənin mövcud vəziyyətdə bölgəyə hərbi təyyarə göndərməsi ayrıca diqqət çəkir. Belə ki, Ankara NATO-nun təhlükəsizlik tədbirləri çərçivəsində Litvaya müvəqqəti xəbərdarlıq və nəzarət təyyarəsi yerləşdirib. Lakin paralel olaraq Rusiya ilə münasibətləri də tam şəkildə pozmamağa çalışır.

NATO Türkiyəni açıq şəkildə münaqişəyə cəlb edə bilərmi? Bu, bölgənin vəziyyətinə necə təsir göstərər?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiya ilə əlaqələrini yüksək səviyyədə saxlayır:

“Türkiyə Krım konfransında aktiv iştirak edib və Ukraynanın suverenliyini dəstəkləyir. Eyni zamanda Rusiya ilə iqtisadi və diplomatik münasibətləri yüksək səviyyədədir. Ankara Kreml üçün əsas ticarət tərəfdaşlarından biridir. Türkiyənin gücü onun tərəf tutmamasındadır. Məhz neytral mövqe nümayiş etdirdiyinə görə həm Rusiya, həm də Qərb danışıqlar üçün İstanbulun ev sahibliyini qəbul edirlər”.

Şərhçi qeyd edib ki, Türkiyə bu neytral mövqeyini qoruyub saxlamalıdır:

“Açıq şəkildə Rusiyaya qarşı mövqe tutmaq Türkiyənin milli maraqlarına uyğun olmaz. Son illərdə ABŞ və Avropa İttifaqının (Aİ) Ankara münasibətdə sərgilədiyi mövqe də buna sübutdur. ABŞ-ın F-35 proqramından Türkiyəni çıxarması, ödənilmiş vəsaitin geri qaytarılmaması, Aİ-nin bu ölkəni üzv qəbul etməməsi və son vaxtlar onu Afrika ölkələri ilə eyni kateqoriyaya salması Ankaranın Qərbə münasibətinə təsirsiz ötüşməyib.

Abutalıb Səmədov

Türkiyə anlayır ki, Rusiyaya qarşı açıq mövqe tutması həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından mənfi nəticələrə yol aça bilər. Heç bir güc onu bu münaqişəyə açıq şəkildə cəlb edə bilməz. Ankara müdrik siyasət apararaq balanslı mövqeyini qoruyacaq. Vaşinqtonun Moskva ilə bağlı siyasəti də keçmiş prezident Co Baydenin dövründən fərqlənir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Alyaska razılaşmalarına sadiqliyini vurğulaması da bu kontekstdə diqqət çəkir. Türkiyə bütün təzyiqlərə baxmayaraq neytrallığını qorumağa davam edəcək və münaqişədə tərəf olmayacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники