RU

“AzerGold” QSC-nin təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirilib (FOTO)

Bakı. Trend:

"AzerGold" QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcraHakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ciildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyatakeçirilib.

Trend xəbərverir ki, vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsiniehtiramla anmaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaqvə şəhid ailələrini mənəvi qayğı ilə əhatə etmək məqsədilə həyatakeçirilən tədbir çərçivəsində Daşkəsən rayonundan olan şəhidailələrinin qəhrəman övladlarının keçdikləri zəfər yolu ilə,canları bahasına azad etdikləri torpaqları ziyarəti təşkilolunub.

Şəhid ailələri tarixi zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərindəAzərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi,şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. OnlarCıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini,Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmişbüstlərini, Mehmandarovlar muzeyini, İsa bulağını və digərtarixi-mədəni abidələri ziyarət ediblər.

Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan,onların şücaətlərindən bəhs edilib. Şuşanın işğaldan azad edilməsiuğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalanhərbçilərin valideynləri övladlarının döyüşdüyü yerlərə başçəkiblər. Sonda Gövhər Ağa məscidində şəhidlərin ruhuna dualaroxunub, onların xatirəsi ehtiramla yad edilib.

Xatırladaq ki, şəhid ailələri “AzerGold” QSC-nin korporativsosial məsuliyyət layihələri çərçivəsində əsas hədəfkateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosialrifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyatakeçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibəiştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələrverilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətəcəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfərəməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Избранный
14
11
az.trend.az

10Источники