RU

HADİSƏ - “Qarabağ”a qarşı 10 saniyə oynaya bildi və qovuldu!

Premyer Liqanın 6-cı turunda bu mövsümün ən erkən qırmızı vərəqəsi göstərilib.

Sportinfo.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən “Qarabağ” - “Qəbələ” matçında qonaq komandanın legioneri Prins Ovusu oyun başlayan kimi, artıq 10-cu saniyədə qayda pozuntusuna yol verib.

19 yaşlı qanalı hücumçu Ağdam komandasının müdafiəçisi Mateus Silvaya qarşı kobud oyun nümayiş etdirib.

Bu zaman baş hakim Rauf Cabarov əvvəlcə Ovusuya sarı vərəqə göstərib. Lakin VAR-a baxıldıqdan sonra “sarı” ləğv edilib və “Qəbələ”nin oyunçusuna qırmızı vərəqə göstərilib.

Избранный
15
sportinfo.az

1Источники