Üzeyir Hacıbəyli türk dünyasının dəyəridir — Raimkulova
“Üzeyir Hacıbəyli türk dünyasının ortaq dəyəridir”.
Demokrat.az xəbər verir ki, bunu sözləri Türk Mədəniyyəti və İrsi Fondunun direktoru Aktotı Raimkulova "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumundakı çıxışında səsləndirib.
O qeyd edib ki, bu gün Türk dünyasının ortaq dəyəri musiqidir:
“Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu şəraitin yaradıldığı üçün, tədbirlərin yüksək səviyyədə təşkil edildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür edirik".