Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Berlin, 26 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyanın hava məkanını pozması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius məlumat verib.
O, Aİ-yə üzv ölkələrin müdafiə nazirləri ilə videokonfransda konsepsiyanın həyata keçirilməsi barədə razılığın əldə olunduğunu açıqlayıb. Konsepsiya çərçivəsində dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılması nəzərdə tutulur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.