RU

"Qarabğ"ın "Kopenhagen" sınağı - Növbəti zəfər olacaqmı?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliya nəhəngi "Benfika" üzərində tarixi qələbə qazanan "Qarabağ" bu dəfə öz meydanında – Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Görüş 1 oktyabr saat 20:45-də start götürəcək.

Far.Az-in məlumatına görə, Azərbaycan çempionu bu dəfə həm doğma azarkeşlərin güclü dəstəyinə, həm də Benfika üzərindəki möhtəşəm qələbədən sonra qazanılmış psixoloji üstünlüyə güvənəcək.

"Qarabağ" üçün bu matç qrup mərhələsində növbəti addımı uğurla atmaq baxımından həlledici əhəmiyyət daşıyır. Ən azı xal qazanmaq belə "köhlən atlar"ı böyük hədəflərə daha da yaxınlaşdıracaq.

"Kopenhagen" – rəqibin gücü və rəqəmlərdə klubu tanıyaq:

Klubun ümumi dəyəri 75,35 milyon avro təşkil edir.

Heyətdə 27 futbolçu yer alır, onların orta yaşı 25,3-dür.

Legionerlərin sayı 18 nəfərdir ki, bu da ümumi heyətin 66,7 %-ni təşkil edir.

Komandada hazırda 8 milli futbolçu çıxış edir.

Klubun hazırkı transfer balansı isə +3,6 milyon avro ilə müsbət göstəriciyə malikdir.

Ən bahalı oyunçuları:

Youssoufa Moukoko (20 yaş, Almaniya/Kamerun) – 10 milyon avro

Dominik Kotarski (25 yaş, Xorvatiya, qapıçı) – 9 milyon avro

Gabriel Pereira (25 yaş, Braziliya, mərkəz müdafiəçisi) – 6 milyon avro

Rodriqo Huescas (22 yaş, Meksika, sağ cinah müdafiəçisi) – 6 milyon avro

Mohamed Elyounoussi (31 yaş, Norveç, hücumçu) – 5 milyon avro

Qeyd edək ki, "Kopenhagen" rəqəmlərdə kifayət qədər güclü, balanslı və bahalı heyətə sahib komandadır. Ancaq "Qarabağ"ın son illərdə qazandığı beynəlxalq təcrübə, doğma azarkeşlərin dəstəyi və "Benfika" qələbəsindən gələn motivasiya ilə bu oyunda da xal qazanmaq ehtimalı real görünür. Bu qarşılaşma yalnız bir futbol matçı deyil, həm də Azərbaycan futbolunun Avropada daha böyük tanınması üçün şansdır.

Orxan Hüseyn

Избранный
13
1
far.az

2Источники