RU

Mirzoyan ABŞ rəsmisi ilə əməkdaşlığı müzakirə etdi

BAKI, 26 sentyabr. TELEQRAF

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Brent Kristensen ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş proqramların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Hər iki tərəf avqustun 8-də Vaşinqtonda imzalanmış enerji və süni intellekt sahələrində əməkdaşlığa dair ikitərəfli memorandumlarda qeyd olunan sazişlərin həyata keçirilməsi istiqamətində işin fəal dinamikasını vurğuladılar.

Ararat Mirzoyan və Brent Kristensen regional hadisələr, eləcə də çoxtərəfli platformalarda Ermənistan-ABŞ əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
3
5
teleqraf.com

10Источники