RU

Yeni Gəncə-Mingəçevir-Ağstafa marşrutu ilə ilk səfər

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib.

Axar.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.

28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə Mingəçevir şəhəri və qərb regionu arasında rahat və təhlükəsiz səyahət imkanları təqdim olunacaq.

Избранный
15
7
axar.az

8Источники