RU

Zubir “Kopenhagen”in adını eşitdi, ürəyi açıldı

“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.

Liqa mərhələsinin I turunda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən “köhlən atlar” bu dəfə Bakıda “Kopenhagen”i qəbul edəcək.

Danimarka çempionu ilk turda Leverkuzen “Bayer”i ilə görüşdə 2:2 bərabərə qalmaqla gücünü ortaya qoydu.

Odur ki, “Qarabağ”ın işi heç də asan olmayacaq. Əsas üstünlük təbii ki, doğma meydan və doğma azarkeşlərdir.

Sportinfo.az-a açıqlama verən fransalı vinger Abdullah Zubir hər kəsin maraqla gözlədiyi oyunla bağlı danışıb:

“Bizim üçün başlanğıc əla oldu. İnamlı qələbə ilə ilk qələbəmizi qazandıq. Həm də səfərdə.

Bu şəkildə davam etmək istəyirik. Hər oyuna qələbə əzmi ilə çıxacağıq.

Nə qədər alınacaq, bunu zaman göstərəcək. Əsas olan daha çox çalışmaq və bu matçlardan zövq almaqdır.

Çempionlar Liqasının əsas mərhələsi mənim üçün ilkdir. Bütün komanda yoldaşlarım kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, “Qarabağ”ı layiqincə təmsil edim.

Azarkeşlərimizi sevindirmək üçün meydanda lazım olan hər şeyi edəcəyik. Uğurlu davam edəcəyimizə inanıram”.

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq.

HƏBİB

Избранный
17
sportinfo.az

1Источники