RU

Ərdoğan Starmerlə telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub...

APA-nın Türkiyə bürosunun xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Böyük Britaniya münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan BMT Baş Assambleyasının Fələstində iki dövlətli həll istiqamətində irəliləyişə töhfə verdiyini vurğulayıb, Starmeri ölkəsinin Fələstini tanıması qərarına görə təbrik edib.

O, Böyük Britaniya və Fransanın bu addımını tarixi hadisə adlandırıb.

Ərdoğan əlavə edib ki, Fələstinə dəstək üçün yaranan dinamikanı qorumaq və Netanyahu hökumətini dayandırmaq məqsədilə diplomatik təzyiqlə yanaşı əlavə tədbirlər də görülməlidir.

Poliqon.info

Избранный
26
12
poliqon.info

10Источники