Misli Premyer Liqasında 6-cı tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.
"Zirə" Qubada "İmişli"nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra "Zirə" 12 xalla 1-ci, "İmişli" isə 8 xalla 5-cidir.
Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edir. Qarşılaşma saat 19:00-da start götürüb.
Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.
26 sentyabr
19:00. "Qarabağ" – "Qəbələ" - 2:0 (İkinci hissə)
Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3
Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
"Azersun Arena"
15:30. "İmişli" – "Zirə" - 1:1
Qollar: Dieqo Rollo, 26- David Volkov, 80
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
27 sentyabr
15:30. "Şamaxı" – "Araz-Naxçıvan"
19:00. "Neftçi" – "Karvan"
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz"
19:00. "Sabah" – "Sumqayıt"
Bombardirlər:
Toral Bayramov ("Qarabağ") - 3 qol
Martins Juniyor ("Zirə") - 3 qol
Olabe Roberto ("Turan Tovuz") - 2 qol
Coy-Lens Mikels ("Sabah") - 2 qol
Ceyhun Nuriyev ("Zirə") - 2 qol
İssa Cibrila ("Zirə") - 2 qol
Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol