RU

Bu da Adnanın lüks avtomobil kolleksiyası FOTO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Dubaydakı lüks avtomobillərin fotoları yayılıb.

Milli.Az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub və müzakirə yaradıb.

Paylaşılan görüntülərdə bir neçə bahalı avtomobil, o cümlədən "Lamborcini", "Rolls-Roys" və "Mersedes G-Class" kimi markalar yer alıb.

İddialara görə, avtomobillərin dövlət nömrə nişanları (5455) öz telefon nömrəsinə uyğun seçilib və avtomobilləri gizlətmək üçün İlham Qədimov adına rəsmiləşdirib.

Qeyd edək ki, Adnanın Bakıda istifadə etdiyi maşınlar da bahalıdır və "Mersedes Maybak"I 77-AA-555 nömrəsinə sahibdir. Adnanın elə həmin avtomobildə də həbs edildiyi bildirilir. (axar.az)Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
18
news.milli.az

10Источники