Zərdab rayonunda avtomobildə körpə dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Zərdab Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, ötən gün saat 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar xəstəxananın Doğum evinə müraciət edib.
Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.
Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq 300 qram olan oğlan övladı dünyaya gəlib.
Tibb müəssisəsinin Doğuş şöbəsinə yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.
Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Həmin görüntüləri təqdim edirik:
10Источники
-
news24.azHər kəs təəccübləndi: Zərdabda körpə avtomobildə doğuldu ( 21768850)
-
demokrat.az24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu — VİDEO ( 21783691)
-
manset.azBu gün avtomobildə dünyaya gələn körpənin cinsiyyəti nədir? - AÇIQLAMA ( 21778471)
-
cebheinfo.az24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu - VİDEO ( 21775201)
-
gundem.az4-cü uşağı maşında doğuldu - VİDEO ( 21773512)
-
icma.azZərdabda hamilə avtomobildə uşaq doğdu Son vəziyyətləri ( 21772783)
-
medicina.azZərdabda hamilə avtomobildə uşaq doğdu- Son vəziyyətləri ( 21772663)
-
hit.az24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu - VİDEO ( 21772645)
-
hafta.azAvtomobildə 4-cü uşağı dünyaya gətirdi - VİDEO ( 21772087)
-
redaktor.az24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu -VİDEO ( 21771853)