RU

Kaxaber Tsxadadze: "Ovusu paltardəyişmə otağında ağlayırdı"

"Qəbələ" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, "Qəbələ"nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq futbolçular taktiki baxımdan çox düzgün oynadılar. "Qarabağ"ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.

- Yeni qapıçı transferi ilə bağlı yenilik var?

- Hələ ki bir şey yoxdur. Bir qapıçı gözləyirdik. Onun da başına gələnləri bilirsiz. Ukraynada orduya apardılar. Hazırda başqa variant yoxdur.

- Prins Ovusuya qırmızı vərəqəyə görə irad bildirəcəksiz?

- Əlbəttə ki, yox. Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qatda pozuntusu yox idi. Sürüşdü, ona görə qaydanı pozdu. "Qarabağ"ın özü üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasınlar. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində bu cür "qırmızı" ilə bağlı şərh vermək çətindir.

- "Qəbələ"dən bu mövsüm hansı nəticəni gözləyək?

- Hər oyunda döyüşəcəyik. Əlbəttə ki, məqsədimiz Premyer Liqada yerimizi qoruyub-saxlamaqdır. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

- "Araz-Naxçıvan" azlıqda qalandan sonra "Qarabağ" 5 qol vurdu. Bu gün sizin komandanız sona qədər mübarizə apardı. Maraqlıdır, matçdan əvvəl məşqçilərin qırmızı vərəqə ilə bağlı planları olur?

- 2-ci dəqiqədə yox da (gülür). Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi çıxanda gərək dəyişiklik edəsən. Belə olanda oyunu yenidən qurmaq çətinləşir. "Qırmızı"dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. Bir daha vurğulayıram, futbolçularıma təşəkkür edirəm. "Qarabağ" tamamilə fərqli səviyyənin komandasıdır. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Избранный
9
8
sportal.az

10Источники