Bakı. Trend:
“Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasındafiqurlu konkisürmə üzrə Qran-Pri” yarışına yekun vurulub.
Trend xəbər verir ki,turnirin sonuncu günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəstproqram üzrə çıxış edib.
Yarışın ümumi nəticələrinə əsasən Cənubi Koreyalı idmançıYuseong Kim 185.99 xalla turnirin ali kürsüsündə 1-ciyerə,Yaponiyalı fiqurlu konkisürən Mayuko Oka 184.22 xalla 2-ciyerə, İsrailli idmançı Sophia Shifrin 176.95 xalla 3-cü yerə sahibolublar.
Mükafatlandırma mərasimində buz üstündə rəqs proqramı üzrəçütlüklər və sərbəst proqram üzrə çıxış edən qadın idmançılartəltif olunublar.
Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasınınprezidenti Fuad Nağıyev və Federasiyasının Baş katibi GünelBədəlova təqdim edib.
Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdmanNazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və BeynəlxalqKonkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38ölkədən 92 idmançı iştirak edib.
Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündəidmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina,buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsilediblər.