RU

Barselona , Real və Liverpul arasında böyük transfer hərəkatı başladı

Metbuat saytına istinadən ain.az xəbər verir.

"Liverpul" "Barselona"nın futbolçusu Ronald Arauxonu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İbrahima Konatenin mövsümün sonunda "Liverpul"dan ayrılacağı iddia edilir. Məlumata görə, "Liverpul" Konatenin yerini Ronald Arauxo ilə doldurmaq istəyir. "Barselona" onu satmaq istəmir. Lakin klubun maliyyə problemləri var.

Qeyd edək ki, "Barselona" maaş limiti problemi ilə üzləşib. Pau Viktor, Pablo Torre və Aleks Vallenin başqa klublara göndərilməsi və İniqo Martinezlə Klement Lenqletin gedişi maaş yükünü yüngülləşdirib. Lakin klubun maliyyə yükünü yüngülləşdirəcək böyük satış baş tutmayıb. İbrahima Konatenin “Real Madrid”ə transfer olacağı barədə iddialar dərc edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
metbuat.az

10Источники