RU

"DİM ali məktəblərə qəbul prosesini 7 aydır hələ başa çatdırmayıb" -QHT SƏDRİ

"Məlum olduğu kimi, mart ayında Dövlət İmtahan Mərkəzi 11-ci sinifdən buraxılış imtahanları keçirməyə başladı. Bununla da orta məktəb məzunlarının yeni təhsil pilləsinə keçidinə start verildi. Bu gün DİM sədri Məleykə Abbaszadə deyib: "Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək". Başqa sözlə, tələbə qəbulu və yerləşdirmə prosesi faktiki olaraq davam edir. Bu da o deməkdir ki, məzunların yeni təhsil pilləsinə keçidi 7 aydır davam edir".

Bu barədə "Pragma" İctimai Birliyinin sədri Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. O, deyib:

"Normalda bu proses iyunun 15-dən sonra başlamalı, avqustun 15-dən gec olmayaraq tam yekunlaşmalıdır. 2 ay çəkməli olan bir proses 7 ay davam edirsə, bu, DİM-in sistem böhranıdır. DİM-in sistem böhranı Azərbaycanda:

- Vətəndaşların təhsil və davamlı inkişaf hüquqlarını pozur;
- Elm və təhsilə çıxışda süni əngəllər yaradaq milli təhlükəsizliyimiz üçün risklər yaradır;
- Ölkədə sosial gərginlik mənbəyinə çevrilir.

Odur ki, bir daha deyirəm: DİM "elektron bir pəncərə" rolu oynamalı, qalan bütün səlahiyyət və imtiyazları ləğv edilməldir. Bu qurum qaldıqca ölkədə aparılacaq heç bir təhsil islahatı fayda verməyəcək.

Избранный
37
aznews.az

1Источники